Azərbaycandan Türkiyəyə növtəbi dəstək: Amfibiya təyyarəmiz yola düşüb - FOTO

09:20 05-08-2021 306

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşür. 

Yanğın-xilasetmə qrupuna daxil olan “BE-200ÇS” tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.

Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.