Taliblər Əfqanıstan hökuməti mətbuat xidmətinin rəhbərini qətlə yetirdi – VİDEO

01:40 07-08-2021 466

Kabildə Əfqanıstan hökuməti informasiya mərkəzinin rəhbəri Dava Xan Minapal qətlə yetirilib.

Bu barədə “TOLONews” məlumat yayıb.

Məlumata əsasən, mətbuat xidməti rəhbərinin avtomobili Darul Aman küçəsində hücuma məruz qalıb. Avtomobilin “Taliban” yaraqlıları tərəfindən gülləlbaran edildiyi bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə “Taliban” hökumətin yüksək vəzifəli şəxslərini hədəf alacağı barədə xəbərdarlıq edib.