Tokio Olimpiadası: Dünya çempionumuz üçüncü görüşdə uduzdu - YENİLƏNİR + FOTO

11:00 07-08-2021 682

İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.

HerGun.Az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.

İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.

10:28

İrina Zaretskaya Olimpiadanın qrupunda ikinci qələbəsini qazanıb.

HerGun.Az xəbər verir ki, o, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib. 

09:46

Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasına qələbə ilə başlayıb.

HerGun.Az-ın xəbərinə görə, dünya və Avropa çempionumuz ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşıb.

İrina rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Səbuhi Musayev