Atambayevə qarşı yeni ittihamlar irəli sürüldü

12:36 15-08-2019 833

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə qarşı daha iki cinayət işi üzrə ittiham irəli sürülüb.

“RİA Novosti” xəbər verir ki, bunu onun vəkili Sergey Slesarev deyib.

Vəkilin sözlərinə görə, hər iki iş Koy-Taş kəndində torpaq sahələrinin əldə olunması ilə bağlıdır.

S.Slesarev qeyd edib ki, hüquqlarını müdafiə etdiyi A.Atambayev ümumilikdə 10 cinayət işi üzrə ittiham olunur.