Külli miqdarda dərman və siqaretin ölkəyə keçirilməsinin qarşısı alındı

15:40 09-08-2021 289

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn 10 ədəd “Mercedes Benz” markalı yük avtomobili saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Gömrük baxışı zamanı isə avtomobilin salonunda, yataq yerinin yanındakı divar içliyində və dartıcının yan ciblərində gömrük nəzarətindən gizlədilən 260 ədəd dərman preparatı aşkar edilib.

Bir digər yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 19 920 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.