Valideynləri vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaqlar? - AÇIQLAMA+VİDEO

21:40 10-08-2021 332

Sosial şəbəkələrdə yayılan valideynləri vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq mövzusu insanlar tərəfindən ciddi müzakirələrə səbəb olub.

Mövzu ilə əlaqədar Təhsil Nazirliyinin sözcüsü Cəsarət Valehov Baku TV-yə açıqlama verib.

O bildirib ki, nazirlikdən qeyd olunan məsələ ilə bağlı heç bir tələb qoyulmuyub və bu mövzuda heç bir tapşırıq verilməyib.

Daha ətraflı Baku TV-nin süjetində: