Oğuzda güclü küləyin aşırdığı ağaclar yolu bağladı - FOTO

09:20 11-08-2021 326

Oğuz rayonunda güclü külək nəticəsində ağaclar yola aşıb.

“Report”un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq şimal-qərb bölgəsində güclü külək əsir.

Nəticədə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən hissəsi ağacların yola aşması nəticəsində bağlanıb.

Hazırda rayonun Kərimli kəndi istiqamətində yol bağlıdır. Digər yollarda isə yolun açılması üçün işlər görülür. Güclü külək davam edir.