“Real”ın sabiq futbolçusu: Azar Ronaldunu əvəz edə bilməyəcək

03:18 22-06-2019 545

Madridin “Real” klubu və İspaniya yığmasının sabiq futbolçusu Fernando Moryentes Eden Azarın İspaniya klubuna keçidini şərh edib.

Moryentes “EFE” agentliyinə müsahibəsində bildirib ki, Azar komandanın  2018-ci ildə “Yuvestus”a keçən sabiq forvardı Kriştianu Ronaldunu əvəz edə bilməyəcək.

“Ronaldunu heç kim əvəz edə bilməyəcək. Heç kim onunla müqayisə oluna bilməz. Azar dünyanın ən yaxşı oyunçuları siyahısındadır, lakin onun keçidi Ronalduya əvəz deyil. Hazırda söhbət Azarın yaxşı adaptasiya olunmağı və bütün bacarıqlarını göstərməyindən gedir, çünki o, istedadlı oyunçudur”, - deyə Moryentes müsahibəsində bildirib.

Qeyd edək ki, Azar İngiltərənin “Çelsi” klubundan bu ilin yayında transfer olunub. “Real” oyunçu ilə beş il müddətinə müqavilə bağlayıb.