Makqreqor yaşlı kişini vurdu: Viski içmədiyinə görə - VİDEO

17:18 15-08-2019 865

Dünya şöhrətli idmançı Konor Makqreqorun yaşlı kişiyə sol əli ilə yumruq vurduğu məqam müşahidə kameralarına tuş gəlib.

Xoşagəlməz hadisə aprel ayında baş verib.

Konor Dublin barlarından birində dincələrkən oradakı müştərilərin hamısını viskiyə qonaq etmək qərarına gəlib. Yaşlı müştərilərdən biri isə viskinin dadına baxmaqdan imtina edib. Bunu görən UFC-nin qalmaqallı çempionu həmin şəxsi cəzalandırmaq istəyib.

Kişinin yaşlı olması, mübahisə etmək istəməməsi də Konorun qarşısına sədd çəkə bilməyib. İdmançı bərk qəzəblənərək kişinin başına zərbə endirib. Hadisədən dərhal sonra dostları əsəbi Konoru bardan çıxardıblar.

Polis hadisə ilə bağlı istintaqa başlasa da, işin gedişatı açıqlanmır. Konor isə hadisə ilə bağlı hələ də açıqlama verməyib.

Rəşad Əliyev