Samboçularımızın Avropa Oyunlarındakı rəqibləri bilindi

04:18 22-06-2019 890

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları üzrə püşkatma baş tutub.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün start götürəcək samboçuların mübarizəsi iki gün davam edəcək. 18 dəst medal uğrunda mübarizə aparan idmançılar yarışa 1/4 finaldan başlayacaqlar. 

Təmsilçilərimizdən dördü yarışın ilk günü, üçü ertəsi gün xalça üzərinə çıxacaq. 

1/4 final 22 iyun 

Kişilər 

57 kq 

Mehman Xəlilov – Vladislav Buroz (Belarus) 

68 kq 

Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya) 

82 kq

Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)

Qadınlar

72 kq 

Gözəl Zutova – Kamil Laros (Fransa) 

23 iyun 

Kişilər

52 kq 

Ağasif Səmədov – Qintaras Katkus (Litva) 

62 kq 

Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan) 

74 kq 

Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)