Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürdü: İlk oyun günündə iki matçda üç qol vuruldu - VİDEO

01:00 15-08-2021 375

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start verilib.

HerGun.Az xəbər verir ki, avqustun 14-də I turun iki matçı baş tutub.

Sayca 30-cu çempionat Masazırda başlayıb. Yubiley mövsümünün ilk qarşılaşmasında “Sabah” “Səbail”i qəbul edib.

Görüşün taleyini bir qol həll edib. Mövsümün ilk topu olan bu qola qonaqların albaniyalı müdafiəçisi Yurgen Qoxa imza atıb.

Günə “ASK Arena”da yekun vurulub. Burada avrokubokların uğursuzları “Keşlə” və “Sumqayıt” qarşılaşıb.

Bu matçda da qonarlar qələbə qazanıb. Milliləşən legioner Rəhim Sadıxovun görüşün sonlarında vurduğu iki top sumqayıtlılara üç xal qazandırıb.

Qeyd edək ki, tura sabah baş tutacaq “Zirə” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

Premyer Liqa
I tur
14 avqust (şənbə)

“Sabah” – “Səbail” - 0:1
Qol:
 Yurqen Qoxa, 30

“Keşlə” – “Sumqayıt” - 0:2
Qollar:
 Rəhim Sadıxov, 83, 89