Moskvada qəribə soyğun: sərxoş şəxs polisdən konyak tələb etdi

21:45 15-08-2019 653

Rusiyanın Moskva ətrafındakı Kotelnika qəsəbəsində qəribə soyğun hadisəsi baş verib.

“RİA Novosti” xəbər verir ki, “Belaya Daça” mikrorayonunda ərzaq mağazasına şəxs havaya atəş edib.

Polislər dərhal hadisə yerinə gəlib və onunla danışıqlara başlayıblar.

Söhbət əsnasında soyğunçunun sərxoş vəziyyətdə olduğu bəlli olub.

O, polislərdən bir şüşə konyak tələb edib.

Ətrafı mühasirəyə alan və yaxınlıqdakı evlərin sakinlərini evakuasiya edən polislər sərxoş soyğunçunun tələbini yerinə yetirərək ona konyak veriblər.

Bir müddət sonra hüquq-mühafizə orqanları onu həbs ediblər.