Zülfiyyə Xanbabayeva “Sonuncu Oyun” mahnısının klipini təqdim etdi - FOTO/VİDEO

14:40 16-08-2021 503

Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva bütün rəqəmsal platformalarda yeni “Sonuncu Oyun” mahnısını, “YouTube”da isə bu mahnıya çəkilən video klipi təqdim etdi.

HerGun.Az xəbər verir ki, yeni klip üzərində işləyərkən müğənni ətrafına ən yaxşılardan ibarət komanda yığdı. Adlar öz sözünü deyir: musiqi - Ramin Əli, sözləri - Qafar Heydərli, video - Delee Oruclu. Və bu, tam siyahı deyil. Parça Nyu-Yorkda illər ərzində Alisa Keys, Kristina Aqulera, Selena Qomes, Dua Lipa, The Weeknd və digər dünya ulduzları ilə əməkdaşlıq edən amerikalı Deyvid Kaç tərəfindən “mastering” olunub: 

“Deyvidi Ramin təklif etdi, çox ağıllıdır, musiqi aləmində baş verən hər şeylə maraqlanır, ən yaxşı mütəxəssislərin əsərlərini bilir və hətta onlarla əlaqəyə çıxmağı bacarır. Mən də hər zaman keyfiyyətin tərəfdarıyam! Ramin əvvəllər bir çox mahnılarımı aranjiman edib, eyni dalğadayıq və burada o, bir bəstəkardır. Videoda o, DJ olaraq görünür.

Delee Oruclu ilə çəkdiyimiz ilk video deyil. Həm səs baxımından, həm də video baxımından hər mənada aktual görünəcək bir iş təqdim etmək istədik. Çox çalışdıq, amma qiyməti əlbəttə ki, tamaşaçı verəcək”, - deyə müğənni qeyd edib. 

Şəbəkədəki ilk rəylərə görə - “Müasir, dəbli, şık”, “Klip həm gənclər, həm də yaşlı nəsil üçün bir ustad işidir!”, “Bugünkü ortam və zövqsüzlük arasında təmiz hava kimi” – uğurlu iş alınıb!

Yeni “odlu-alovlu” klipdə Zülfiyyə Xanbabayeva dramatik roluna sadiqdir, pop müğənnisi olmağa davam edir və ən əsası da ötən əsrdə ilişib qalmayıb, yaradıcılığının hər anında zamanı hiss edir və yeniliklərə açıqdır. Həm musiqi, həm də vizual cəhətdən.