BMT Təhlükəsizlik Şurası Kəşmiri Hindistan və Pakistansız müzakirə edəcək

04:54 16-08-2019 701

Hindistan və Pakistan nümayəndələri BMT Təhlükəsizlik Şurasının cümə günü Kəşmirlə bağlı keçiriləcək qapalı iclasına buraxılmayacaq.

Bu haqda “RİA Novosti”yə Təhlükəsizlik Şurasında sədrlik edən Polşa daimi missiyasından bildiriblər.

“Şura iclasının qapalı keçirildiyinə görə, Hindistan və Pakistan nümayəndələri iştirak etməyəcək”, - deyə, Polşa missiyasından bildiriblər.