Tramp Qrenlandiyaya göz salıb

05:18 16-08-2019 581

ABŞ prezidenti Donald Tramp dünyada ən böyük ada olan Qrenlandiyanı almaq niyyətindədir.

Bu haqda Wall Street Journal Ağ Evdəki etibarlı mənbələrə istinadən yazır.

Bildirilir ki, Tramp müşavirlərindən ABŞ-ın Daniyadan adanı almaq imkanını dəfələrlə soruşub və bu məsələni müzakirə edib. Qrenlandiyanın geostrateji vəziyyəti, təbii ehtiyatları və Arktikada hərbi varlığın artırılması əsas müzakirə mövzuları olub.

Prezident Ağ Evin hüquqşünasından bu alqı-satqı haqda rəy bildirməyi xahiş edib.

Vaşinqtonun Qrenlandiyanı almaq cəhdi ilk deyil. ABŞ-ın Dövlət Departamenti hələ 1867-ci ildə adanı almaq imkanını nəzərdən keçirib. İkinci Dünya Müharibəsindən sonra isə prezident Harri Trumen adaya görə Danimarkaya 100 milyon dollar təklif edib, lakin rədd cavabı alıb.