Hindistanda atanın hədiyyə etdiyi “BMW”ni oğlu çayda batırdı – VİDEO

08:27 16-08-2019 1411

Akaş adlı 22 yaşlı hindistanlı atasının onun ad gününə hədiyyə etdiyi “BMW”ni çaya buraxdı.

Life” xəbər verir ki, hadisə Haryana ştatının Yamunanaqar şəhərində baş verib.

Hindistanlı gəncin bildirdiyinə görə, “BMW” özü və dostları üçün “çox kiçik” olduğundan ad gününə “Jaguar” istəyib. İstədiyinə nail olmayan Akaş qəzəblənib və hədiyyəni çayda batırmaq fikrinə gəlib.

Çayın dayaz yerində duran bahalı maşın tez zamanda kütlənin marağına səbəb olub. “BMW”ni kəndir vasitəsi ilə sudan şıxarmaq istəyiblər. Lakin yedəkləmə zamanı su salona dolub və maşın çayın dibinə enib.