Atambayevin həyat yoldaşı həbsə atıla bilər

12:45 16-08-2019 494

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisaya qarşı ölkədə cinayət işi qaldırılacaq.

TASS xəbər verir ki, bunu R.Atambayeva Bişkekdə jurnalistlərlə görüşdə deyib.

“Hazırda mənə qarşı cinayət işi qaldırılır”, - o bildirib.

Onun sözlərinə görə, cinayət işinin hansı maddə üzrə qaldırılacağını hələlik bilmir.