Tramp məşhur müğənninin rekordunu yenilədi

13:18 16-08-2019 656

ABŞ Prezidenti Donald Tramp britaniyalı müğənni və bəstəkar Elton Conu tamaşaçıların sayına görə geridə qoyduğunu deyib.

D.Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

ABŞ lideri 2020-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası çərçivəsində Nyu-Hempşir ştatında çıxış edib. Rekord sayda insan onun çıxışına baxıb.

D.Tramp bu hadisəni çox gözəl xəbər adlandıraraq qeyd edib ki, əvvəlki rekordu E.Con Hyu-Hempşirdəki “SNHU Arena” stadionunda çıxış edərkən məyyənləşdirib.