Aİ liderləri iqlimlə bağlı razılığa gələ bilmədilər

07:00 22-06-2019 661

Avropa İttifaqı ölkələri Brüsseldə iyunun 21-də keçirilən sammit zamanı 2050-ci ilə qədər iqlimə mənfi təsir edən amilləri aradan qaldıran şəraitin yaradılması haqqında razılığa gələ bilmədilər.

Aİ Şərqi Avropa ölkələri və 28 ölkənin hökumət rəhbərlərinin etirazına görə, bu məqsədin prinsipial tərəfdarlığını təsdiqləyən ümumi bəyannamə ilə kifayətlənməli oldu.

İqlimə mənfi təsiri istisna edən şəraitin yaradılması ekologiyaya zərər vuran qazların böyük həcmdə havaya buraxılmasının qadağan edilməsini bildirir.

Bu məqsədə nail olunmaq üçün kənd təsərrüfatında və sənayedə zərərli emissiyaların həcmini kəskin surətdə azaltmaq lazımdır.