Hamilə olan Bergüzar Korel koronavirus peyvəndi vurdurdu - FOTO

02:40 24-08-2021 752

Üçüncü övladını qucağına alacağı günü gözləyən türkiyəli məşhur aktrisa Bergüzar Korel koronavirusa qarşı peyvənd vurdurub.

Bu barədə o “Instagram” hesabında qeyd edib.

O yazıb ki, pandemiya, evdən çölə çıxmamaq, reanimasiyada hamilələrin olması, virusa yoluxmanın üç dəfə daha çox artması onu buna vadar edib. Amma ən əsası, üz-üzə təhsilin olacağını və məktəblərin açılacağını eşitdiyi zaman peyvənd vurdurmağa qərar verib.

Hamiləliyin 30-cu həftəsində olan aktrisa bildirib ki, uşaqlar böyüklərə görə 1,5 ildir ki, evdədirlər.

“Müəllimlər, valideynlər, lütfən peyvənd vurdurun”, - deyə Korel çağırış edib.

Qeyd edək ki, B.Korel 12 il əvvəl həmkarı Halit Ergenç ilə evlənib və onların iki övladı var.