İki erməni cinayətkarın məhkəmə müşahidəsinin yekun hesabatı beynəlxalq təşkilatlara təqdim edilib

12:00 24-08-2021 358

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycanın işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesində aparılmış məhkəmə müşahidəsinin yekun hesabatını bir sıra beynəlxalq təşkilatlara təqdim edib”.

HerGun.Az-ın məlumatına görə, bunu “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib.

“Məqsədimiz onları məlumatlandırmaq idi. Bu hesabat - ICRC - Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Amnesty İnternational”, “Alliance of NGOs on Crime Prevention and Criminal Justice” (Cinayətkarlığın qarşının alınması və Cinayət Ədliyyəsi üzrə QHT Alyansı), “NGO Coalition for ICC” - (Beynəlxalq Cinayət Məhkəməsi uğrunda QHT koalisiyası), OHCHR - ( BMT İnsan Hüquqları Komissarlığı ofisi), “CoE Human Rights Directorate” - ( Avropa Şurası İnsan Hüquqları Direktoratı və İşgəncələr Əleyhinə Komitə), “Fair Trials” Beynəlxalq təşkilatı və “International Bar Association's Human Rights Institute” - ( Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu) təşkilatlarına göndərilib. Təşkilatlar tərəfindən məhkəmə ilə bağlı bizə hər hansı bir irad tutulmayıb”, - deyə Ramil İskəndərli qeyd edib.

İlhamə Əbülfət