Nabranda kişini küt alətlə başından vurub öldürdülər

15:27 16-08-2019 659

Xaçmaz rayonunda qətl törədilib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Nabran qəsəbəsində qeydə alınıb.

55 yaşlı İbrahimov Tərlan Ağabala oğlu başından küt alətlə vurularaq qətlə yetirilib. 

İlkin məlumata görə, hadisəni törədən T.İbrahimovun həmyerlisidir. Qatil saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu