Ətrafda zibil qabı olsa da, qəbirlərin kənarındakı otları yandırırlar - VİDEO

16:09 16-08-2019 781

Gəncədə qəbir daşlarının ətrafındakı otlar yandırılıb.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin üç əsas qəbiristanlığında qeydə alınıb. 

Sakinlər bildirir ki, yaxınlıqda zibil qablarının olmasına baxmayaraq, ziyarətə gələnlər qəbirlərin kənarındakı otları yandırmağı daha rahat hesab edirlər.

1 saylı qəbiristanlığın müdiri Asif Fərəcov dəfələrlə xəbərdarlıq etdiklərini, amma buna əhəmiyyət verilmədiyini bildirib: 

"Bunun üçün qəbiristanlıqda lövhələr də vurmuşuq. Nəzarətçimiz də belə halların qarşısını almağa çalışır. Nədənsə insanlar otları yandırmağı daha rahat üsul bilirlər".

A.Fərəcov məsələnin diqqətdə saxlanılacağını qeyd edib.

Nazir Quliyev