Üç rayonda iki gün qaz olmayacaq

18:54 16-08-2019 513

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı iki gün müddətinə dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.