Sentyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

12:40 31-08-2021 304

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26°, gündüz 32-36°, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.