İsraildə rekord yoluxma qeydə alındı

06:20 01-09-2021 333

İsraildə koronavirus pandemiyasının başlanmasından bəri ən yüksək sutkalıq yoluxma sayı qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda 10 947 nəfərin COVID testi pozitiv çıxıb.

Həmçinin, sutka ərzində 24 nəfər ölümcül virusun qurbanı olub. Bununla da, 9.3 milyon əhalisi olan İsraildə koronavirusdan ölənlərin toplam sayı 6943 nəfərə çatıb.

Qeyd edək ki, sabahdan ölkədə növbəti təhsil ili başlanması nəzərdə tutulub.