Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi

18:40 01-09-2021 382

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov, əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil edib.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.