“Rustavi 2”nin keçmiş baş direktoru “Əsas kanal” telekanalını qurub

02:45 17-08-2019 1431

Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia yeni telekanal təsis edib. Yeni telekanalın adı “Əsas kanal” müəyyən olunub.

Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

Qvaramia teleşirkətdə nəzarət paketinin sahibi və direktoru olduğunu bildirib.

“Biz başlayırıq! Tezliklə efirdəyik! Fikirləşdiyinizdən də daha tez”, - deyə N.Qvaramia qeyd edib.

Dövlət Reyestrindən çıxarışa əsasən, şirkətin direktorları “Rustavi 2”nin sabiq hüquqşünasları Dmitri Sadzaqlişvili və Tamta Muradaşvili, maliyyə direktoru isə İrakli Nijaradzedir.

Çıxarışda qeyd edilib ki, N.Qvaramia teleşirkətdə 51%, Kaxaber Ancaparidzenin isə 49% paya malikdir.