Bakıda qəza: Sürücülər xəstəxanalıq oldular

03:18 17-08-2019 975

Sabunçu rayonunda 2 avtomobil toqquşub, sürücülər yaralanıblar.

HerGun.Az bildirir ki, Yeni Ramana qəsəbəsində "Mercedes" və digər minik avtomobilinin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Həsənov Şahin Qoçu oğlu və 1962-ci il təvəllüdlü Bağırov Məmməd Kərəm oğlu xəsarət alıb.

Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ş.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. 

M.Bağırovun vəziyyəti orta-ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli