Meksika prezidenti 22 nəfərin qatilinin edamına qarşı çıxdı

04:27 17-08-2019 519

Meksika prezidenti Andres Manuel Lopez Obrado El Pasoda meksikalılar da daxil olmaqla, 22 nəfərə atəş açaraq öldürən şəxsin mümkün ölüm cəzasına qarşı çıxıb.

“Konstitusiyamız ölüm cəzasına icazə vermir,  biz öz əqidəmizə görə ölüm cəzasının (atıcı üçün – red.) olmasını istəmirik”, - Lopez Obrador belə bir bəyanatla cümə günü ənənəvi gündəlik mətbuat konfransında çıxış edib.

Xatırladaq ki, avqustun 3-də ABŞ-ın El Paso şəhərində “Walmart” ticarət mərkəzində 21 yaşlı texaslı gənc insanlara atəş açıb. Nəticədə 8 meksikalı olmaqla 22 nəfər həlak olub, 20-dən artıq insan isə yaralanıb.  Daha bir atışma isə ABŞ-ın Deyton şəhərində baş verib və atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 30-dan artıq insan isə yaralanıb.