Piter Fonda vəfat etdi

05:36 17-08-2019 759

Aktyor Piter Fonda 79 yaşında dünyasını dəyişib. 

Bu barədə cümə günü TMZ portalı artistin ailə üzvlərinə istinadən məlumat verib.

Bildirilir ki, Fonda Cümə günü səhər saatlarında Los-Ancelesdəki evində ailə üzvlərinin əhatəsində vəfat edib. Ölüm səbəbi kimi ağciyər xərçəngi nəticəsində yaranan  kəskin hava çatışmazlığı gətirilir.

Piter Fonda 23 fevral 1940-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Onun hesabında onlarla film  var. Rejissor Dennis Hopperin “Başısoyuq çapar” (Easy Rider, 1969) filmində oynadığı rol ona daha çox şöhrət qazandırıb. 1997-ci ildə rejissor Viktor Nunyesin “Ulinin qızılı” (Ulee' s Gold) filmində oynadığı rol ona “dramatik filmdə ən yaxşı kişi rola görə” nominasiyasında "Qızıl Qlobus" mükafatını qazandırıb.