Çin zərif kişilərin efirə çıxmasını qadağan etdi

03:40 04-09-2021 343

Çin hökuməti zərif kişilərin televiziya efirlərinə buraxılmasını qadağan edib.

TASS agentliyi xəbər ki, bu barədə məlumat Çinin Milli Radio və Televiziya İdarəsinin saytında yerləşdirilib.

İdarənin göstərişində qadına bənzər, zərif kişilərin ekranın estetikasını pozduğunu, şou proqramlar üçün aktyorlar seçərkən onların davranışına, geyiminə və makiyajına ciddi nəzarət etmək tapşırığı verilib.

Bundan əlavə, hökumət televiziyalarda insanların şəxsi həyatını, onların sərvətini nümayiş etdirməyi məqsədəuyğun saymadığını açıqlayıb.