Roma meri vəhşi donuzlara görə prokurorluğa müraciət etdi – VİDEO

07:40 04-09-2021 387

Roma meri Virciniya Raci Latsio bölgəsindən ölkə prokurorluğuna şikayət edib.

O, vəhşi donuzların paytaxta doluşmasına görə məhz bu regionun məsuliyyət daşıdığını bəyan edib.

Raci bölgə rəhbərliyini vəhşi heyvanların sayını tənzimləməməkdə gühanlandırıb. Merin sözlərinə görə, Latsio təsərrüfat fəaliyyəti və vəhşi təbiətin qorunması üzrə öhdəliklərini yerinə yetirmir.

Məlumata görə, təqribən iki il öncə 2.3 milyon baş vəhşi donuzun olduğu İtaliyada bu heyvanların sayı pandemiya dövründə 15% çoxalıb.