Şamaxıda avtomobil piyadanı vurub

01:00 05-09-2021 340

Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şamaxı şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Bəkdəmirov Sərxan Paşa oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.