İsrail prezidenti İordaniya kralı ilə görüşüb

01:20 05-09-2021 337

İsrail prezidenti İshaq Herzoq İordaniya kralı II Abdullahla görüşüb.

İordaniya kralının dəvəti ilə keçirilən görüş zamanı vacib strateji məsələlər, o cümlədən ikitərəfli və regional mövzular müzakirə edilib.

Görüşün yekunları barədə İsrail prezidenti bildirib ki, İordaniya Təl-Əviv üçün çox vacib ölkədir, kral II Abdullah isə böyük liderdir.

Mənbə: “Arutz Sheva” nəşri