Əhməd Məsud: “Taliban”a qarşı müqavimət heç vaxt bitməyəcək”

07:40 05-09-2021 313

“Taliban”a qarşı müqavimət hərəkatının lideri Əhməd Məsud mübarizənin heç vaxt başa çatmayacağını açıqlayıb.

“Biz heç vaxt Allah, azadlıq və ədalət uğrunda savaşmağı dayandırmayacağıq”, - deyə Ə.Məsud bildirib.

Onun sözlərinə görə, Pəncşir və Heratdakı müqavimət insanların öz haqlı hüquqlarından imtina etmədiyini göstərib.

“Tolo News”