Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

14:00 05-09-2021 394

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

HerGun.Az xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq.

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.