Həmid Həmidov: “Füzuli beynəlxalq hava limanında aparılan işlərin sürət və miqyası heyrətləndiricidir” - VİDEO

15:20 05-09-2021 341

Artıq xəbər verdiyimiz kimi, işğaldan azad olunmuş Füzulidə inşa edilən beynəlxalq hava limanına ilk sərnişin təyyarəsi eniş edib.

AZAL-ın “QARABAĞ” adlı “Airbus 340” tipli təyyarəsinin göyərtəsində 70-ə yaxın sərnişin olub.

Müxtəlif nazirliklərin və dövlət qurumlarının nümayəndələri ilə yanaşı, ictimai-siyasi xadimlər və jurnalistlər də uçuşda iştirak ediblər.

Füzuli aeroportuna ilk eniş edənlərdən biri olan “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalına səfər təəssüratlarını danışıb.

O, yaşanılan hisslərin sözlə ifadəsinin mümkün olmadığını deyib.

H.Həmidovun sözlərinə görə, hava limanın tikintisi üzrə aparılan işlərin sürəti və miqyası heyrətləndiricidir.

Aeroportun beynəlxalq əhəmiyyətli olması və görülən işlərin keyfiyyəti nəzərə alınarsa, bir ilə yaxın bir müddətə inşaat işlərinin demək olar ki, yekunlaşdırılması inanılmazdır.

Daha ətraflı videosüjetdə: