Qvineyada dövlət çevrilişinə cəhd olub

17:00 05-09-2021 367

Qvineyada dövlət çevrilişinə cəhd olunub.

Yayılan məlumatlara görə, Konakri şəhərindəki hökumət idarələrinin yerləşdiyi məhəllədə, o cümlədən də prezident sarayı ətrafında atışma baş verib.

Hərbçilər sarayı mühasirəyə alıblar. Şəhərin qeyd olunan məhəlləsinə giriş-çıxış əngəllənib.

Ölkə prezidentinin sağ-salamat olduğu bildirilib.

Mənbə: “Reuters”