Füzuli hava limanı ilk sərnişinləri qəbul etdi – VİDEO

18:00 05-09-2021 357

Xəbər verdiyimiz kimi, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.

Belə ki, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib. 

Baku Tv-nin əməkdaşı Zaur Hacıyev ilk səfərlə bağlı danışarkən hislərini ifadə edib: 

“Bundan əvvəl başqa ölkələrə, şəhərlərə səyahət etmiş olsam da, Qarabağa getmək möhtəşəm hissdir. Ümid edirəm ki, hərkəsə qismət olarar Qarabağa səfər etmək”, – deyə o qeyd edib. 

Daha ətraflı Baku TV-nin süjetində: