Mnatsakanyan və Məmmədyarov Vaşinqtonda görüşə bilər

01:36 26-04-2019 28

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında  azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda ola biləcəyini söyləyib.

“Sputnik-Ermənistan”ın məlumatına görə, nazir amerikalı həmkarlarının dəvətini gözlədiyini dilə gətirib: 

“Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, ATƏT-in Minsk qrupunun 3 həmsədri  var. Üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Biz buna hazırıq. Növbəti mərhələ mütləq olmalıdır”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri son dəfə aprelin 15-də Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə Moskvada görüşüblər.