Tükiyə millisi AÇ-də qrupdan çıxmağı təmin etdi

19:00 05-09-2021 477

Voleybol üzrə kişilərdən ibarət Türkiyə milli komandası Finlandiyada keçirilən Avropa Çempionatının qrup mərhləsində sayca üçüncü qələbəsini qazanıb.

C qrupunda mübarizə aparan voleybolçular Rusiya və İspaniyanın ardından, bu dəfə də Şimali Makedoniya seçməsini məğlub ediblər.

Bununla da, qardaş ökə yığması qrupdan çıxışını təmin edib.

Türkiyə voleybolçularının növbəti görüşü Niderland millisinə qarşı olacaq.

Mənbə: “Anadolu”