Tokio Olimpiadasında sifariş verilən 130 min porsiya yemək zibilliyə atılıb

20:00 05-09-2021 446

Tokio 2020-nin Təşkilat Komitəsi Olimpiya Oyunlarında çalışan əməkdaşlar və könüllülər üçün öncədən sifariş verilən 130 min porsiya yeməyin zibilliyə atıldığını bildirib.

Qurumdan bu məlumatların yarışların keçirildiyi 42 məkanı əhatə etdiyi qeyd edilib.

Komitənin sözçüsü Takaya Masanorinin sözlərinə görə qida tullantılarını tamamilə sıfıra endirmək mümkün deyil.

O, həmçinin məsələ ilə bağlı Paralimpiya Oyunlarının yekunlarının araşdırılacağını bildirib və orada da oxşar mənzərənin qeydə alınacağını proqnozlaşdırıb.

Mənbə: “Anadolu”