Bakıda sərxoş kişini bıçaqladılar - VİDEO

09:36 26-04-2019 27

Gecə saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Füzuli naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəsarət alan şəxs hadisə zamanı içkili vəziyyətdə olduğundan onu kimin bıçaqladığı məlum deyil.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu