Bakıda yol qəzasında 16 yaşlı gənc qız xəsarət alıb
21:40 05-09-2021 381
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Həsənova Aytac Amil qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.