Ermənistanda hərbçi həmyerlisinə avtomatdan atəş açıb

22:00 05-09-2021 404

Ermənistanın Kotaysk bölgəsində atışma və bıçaqlanma hadisəsi qeydə alınıb.

Erməni KİV-də yayılan məlumatlara əsasən, bıçaq yarası alan yerli sakini, 21 yaşlı Qriqor S. xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı bəlli olub ki, Qriqor S. vilayətin digər sakini Ara Q. tərəfindən bıçaqlanıb. Bu azmış kimi, sonuncu zərərçəkənə avtomatdan atəş açıb.

Hadisəni törədən şəxsin hərbçi olduğu bildirilib. Hazırda o, Ermənistan ordusunda xidmət edir.

Faktla bağlı cinayət işi qaldırılıb.