İspaniyada pandemiyanın başlanmasından bəri ilk buğa qaçışları keçirilib - VİDEO

22:20 05-09-2021 396

İspaniyada koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə ənənəvi buğa qaçışları təşkil olunub.

Ölkənin Villaseka de la Saqra qəsəbəsində 10 buğa yüzlərlə insanı qovalayıb.

Madriddən 65 km məsafədə yerləşən, əhalisi 1700 nəfər olan qəsəbədə keçirilən qaçışlar sentyabrın 5-dən 12-dək davam edəcək.  

Şənlikdə hər gün 900 nəfərin iştirakına icazə veriləcək.

Mənbə: TRT