"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi

13:18 17-08-2019 21

“28 May” metro stansiyasında istifadəsi dayandırılan eskalatorun fəaliyyəti bərpa edilib. 

Bu barədə HerGun.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, üç ay əvvəl dayandırılan eskalatora istehsalçı şirkət tərəfindən baxış keçirilib:

"Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Öncədən əldə olunmuş razılaşmaya əsasən, şirkət istənilən vaxt eskalatorları yoxlaya bilər. “Bakı Metropoliteni” həmin şirkətin əməkdaşlarının yoxlama aparmasına şərait yaradır. Artıq eskalatorun fəaliyyəti bərpa edilib”.

B.Məmmədov bildirib ki, yoxlanışa dayandırılan eskalator metronun “28 May” stansiyasının 2015-ci il mayın 5-də təmirdən sonra yenidən istismara verilən köhnə çıxışında quraşdırılıb.

Könül Cəfərli