Dənizdə batan 3 nəfər xilas edilib

23:00 17-08-2019 815

Avqustun 17-də batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xilasetmə əməliyyatı nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2 və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində aparılıb.