Poroşenko Ukraynadan 8 milyard dollar çıxarıbmış

01:18 18-08-2019 1150

Ukraynanın 5-ci prezidenti Petro Poroşenko hakimiyyətdə olduğu müddətdə ölkədən 8 milyard dollar pul çıxarıb. Bu barədə "Strana.ua"-ya müsahibəsində amerikalı milyarder Sem Kislin bildirib.

"Belə düşünməyə əsas var ki, bu pullar heç də nəzərdə tutulan yerə getməyib. Onları kommersiya banklarına göndəriblər, oradan isə ciblərə paylanıb. Bütün bunlar Poroşenkonun tapşırığı ilə edilib", - deyən Kislin bu məsələdə Ümumdünya Valyuta Fondunun da adını çəkib.

Biznesmen onu da qeyd edib ki, eks-hökumətə qarşı aparılan istintaq işində əməkdaşlıq edə bilər.

Qeyd edək ki, Poroşenkonun hakimiyyəti dövründə Kislinə Ukrayna ərazisinə giriş qadağan olunmuşdu. Milyarder bunun səbəbini prezidentin korrupsioner sxemini ifşa etməsində görür.